Bu gün faşim üzərində qələbədən 72 il ötür. Dünyanın nifrətini bu qədər qazanmaq hər diktatora nəsib olmayıb. Lakin ona zaman-zaman pərəstiş edənlər də olub.
MilliYol.Az Adolf Hitler haqqında çox az insanın məlumatı olduğu gerçəkləri təqdim edir:
Hitlerin yəhudu sevgilisi
Avstriyanın Linz şəhərindən olan musiqiçi Avqust Kubizekin iddiasına görə, Hitlerin ilk sevdiyi qadın əslən yəhudi əsilli avstriyalı Stefani Rabatş olub. O, uşaqlıqda çox utancaq biri olduğundan hislərini Stefaniyə aça bilməyib. Yəhudilərin soyunu kəsməyi xəyal edən Hitlerin bu xalqa kin və nifrətinin səbəbi də bəlkə də elə budur. Bəzi mənbələr Hitlerin ona görə intihara cəhd etdiyi də bildirilir. Stefani müsahibələrinin birində Hitlerin ona aşiq olmasından xəbərsiz olduğunu deyib.
Həyatı boyunca Hitler bir çox narkotika növündən istifadə edib
Rəsmi mənbələrə və diktarların qəbul etdiyi dərmanların siyahısından onun 30-dan çox növdə narkotik qəbul etdiyi məlum olub. Ayrıca açıqlamalarının birində özü də burun yollarını təmizləmək üçün kakain qəbul etdiyini etiraf edib.
Pedofiliya, İnfantoseksualizm, Paderoziya
Hitler ögey bacısının qızı Geli Rubla dərin duyqular bəsləyib. Geli özü də 1931-ci ildə onunla cinsi münasibətdə olduğunu etiraf etmişdi. Bu açıqlamadan sonra Gelinin ölü cəsədi tapılır, onun Hitler tərəfindən öldürüldüyünü qeyd iddia edilsə də, hadisə intihar olaraq təqdim edilib.
Qardaşı oğlu tərəfindən xəyanətə məruz qalıb
İrlandiyada doğulan Vilyam sonradan Amerikaya köçdükdən sonra ABŞ donanmasına yazılır və əmisinə qarşı müharibədə əks tərəfdə vuruşur. Qeydlərə görə, ABŞ ordusu tərəfindən Hitlerin güvənini qazanmaq üçün sonradan onun yanına göndərilib.
42 dəfə sui-qəsddən qurtulub
Dəfələrlə ona qarşı planlanan zəhərləmə, silahlı hücum və s. tipli sui-qəsdlərdən xilas olmağı bacaran Hitler sonda intihar etməklə, sanki "Son sözü mən dedim" söyləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...