Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

“Azərbaycanda müasir turizm sənayesi yaradılacaq”

“Dinamo” oteli çox gözəl səviyyədə tikilib istifadəyə verilir. Bildiyiniz kimi, bu otel tarixi binada yerləşir. Bu binanın böyük tarixi var və çox şadam ki, binanın tarixi memarlığı tam qorunub saxlanılıb və daxili dizaynı da göz oxşayır. Burada istirahət edən qonaqlar özlərini evlərindəki kimi hiss edəcəklər. Çox gözəl dizayn işləri görülüb. Xanım Pintoya xüsusi minnətdarlığımı bildirirəm ki, doğrudan da dizayn göz oxşayır. Burada bütün işlər çox müasir və yüksək səviyyədə görülübdür. Otelin yerləşməsi də çox əlverişlidir, şəhərin mərkəzidir. Burada qalan qonaqlar şəhərin ən baxımlı yerlərinə piyada rahat gedib çata bilərlər. Turistlər buradan həm bulvara, həm İçərişəhərə, şəhərimizin mərkəzi yerlərinə çox rahat gedib çıxa bilərlər”
Ətraflı

“Kimi və nəyi gözləyridiniz?” – Adil Əliyevdən ittihamlar

Millət vəkili, Azərbaycan Kikboksink Federasiyasının prezidenti Adil Əliyev Almaniyanın Köln şəhərində keçirdiyi məlum konfrans, ondan sonra isə hücuma və təhqirlərə məruz qalması barədə məlumat vermişdik. Deputat artıq Azərbaycana qayıdıb və hadisələrlə bağlı məqalə yazıb. Məqalədə səfərin bəzi detallarına toxunub, haqqında yayılan şayiələrə cavab verib. Ən vacibi isə bəzi hökumət və Milli Məclis üzvlərinə qarşı bir sıra ittihamlar irəli sürüb
Ətraflı

“Başqaları susdu, mən isə danışdım, üzərimə hücuma keçdilər” - Deputat

“Almaniyanın Köln şəhərində azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbir uğurlu alındı. Bunu bir daha ona görə təkrarlamaq məcburiyyətindəyəm ki, Avropadakı 3-5 nəfərlik söyüş qrupu dayanmadan mənə və toplantıya qatılanlara qarşı söyüşlər yağdırır, hamını təhqir edirlər. Yaxşı, məni hədəf götürmüsünüz, çünki aylardır sizinlə sivil müstəvidə mübarizə aparmaq istəyirəm və fikirlərimi də zaman-zaman sosial şəbəkədə yazıram. Bəs toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz? Onların baxışları sizin “baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar? Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız “demokratiya”və “fikir azadlığı”? Niyə hamı sizin kimi düşünməlidir? Avropadakı soydaşlarım sizin kimi düşünmürsə, kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız? Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır”
Ətraflı