Türkiyədə saxlanılmış yüngül həyat tərzi sürən əcnəbi qadınları həkim müayinəsindən keçirmək üçün xəstəxanaya aparıblar
Türkiyədə saxlanılmış yüngül həyat tərzi sürən əcnəbi qadınları həkim müayinəsindən keçirmək üçün xəstəxanaya aparıblar.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əxlaqsızlıqla məşğul olan iki azərbaycanlı qadın Quşadasında polislər tərəfindən saxlanılıb. İnsan alverinə qarşı mübarizə aparan polis əməkdaşları yüngül həyat tərzi sürən qadınlarla birlikdə otel sahibini və qeydiyyat şöbəsinin əməkdaşını da yaxalayıblar.
Quşadası Polis İdarəsinin istintaq qrupunun gəldiyi nəticəyə görə, keçmiş Cümə Bazarı yaxınlığında yerləşən pansionda iki azərbaycanlı qadını cinayət başında tutulub.
Hadisə ilə bağlı pansion sahibi A.B. və qeydiyyat şöbəsinin əməkdaşı A.A. saxlanılıb. Cinayət işi başlandıqdan sonra həkim müayinəsindən keçən qadınlar deportasiya olunmaq üçün immiqrant bürosuna təhvil verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...