“Boz kardinal” azərbaycanlı milyarderə qarşı: “Nazir də bunun güdazına getdi”

Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin "Rosneft” şirkətindən 2 milyon dollar rüşvət alarkən həbs olunması ətrafında müxtəlif fərziyyələr müzakirə olunmaqdadır. Lakin ekspertlərin əksəriyyəti hesab edir ki, nazirə "torbanı” Rusiyanın ən qüdrətli adamlarından olan və Kremlin "boz kardinal”ı sayılan "Rosneft” prezidenti İqor Seçin "tikib”. O, Federal Təhlükəsizlik Xidmətinin əliylə naziri həbs etdirib. Hərçənd İstintaq Komitəsi Ulyukayevin rüşvət tələb etdiyinə və pulu alarkan yaxalandığına dair təkzibedilməz dəlillərə malik olduğunu, yaxın günlərdə videokadrları yayacağını bildirir.
Ətraflı

Son dönəmlər ölkə mətbuatında “Broker” MMC və ya, həqiqi adı ilə “TRANSBROKER” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ haqda ifşaedici məlumatlar bir-birini əvəzləməkdədir. Adından fəaliyyətinə qədər müəmmalar içərisində olan bu şirkət sanki xüsusi əl vasitəsiylə cəmiyyətdən və mətbuatdan gizlədilməyə çalışılır
Ətraflı

Sabiq nazirin qardaşı həbs olundu

Ləğv edilmiş Naxçıvan MTN-ni sabiq başçısı Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov həbs edilib. Lent-az-ın məlumatına görə, o, Naxçıvan şəhər məhkəməsinin qərarı ilə üç ay müddətinə azadlıqdan məhrum edilib. Əli Ələsgərov külli miqdarda vergidən yayınmaqda ittiham olunur.
Ətraflı

Bakıda 2000 polisin iştirakı ilə əməliyyat keçirildi

Oktyabrın 7-də Bakı şəhər Baş Polis İdarəsi ərazi polis orqanları ilə birlikdə paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2000-dən çox əməkdaşı cəlb etməklə, kompleks tədbirlər həyata keçirib.
Ətraflı