Zakir Fərəcov Müqayis Verdiyevin Xaləddin İsgəndərovla qohum olduğunu öyrənib. Bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı iş adamının onun yanına qəsdən yerləşdiyini düşünərək, onu zərərsizləşdirmək qərarına gəlib.
Məşhur iş admı Müqayis Verdiyevin Sumqayıt şəhər İcra Hakimiyyətinin sifariş etdiyi tikinti - abadlıq işləri fonunda həbs edilməsi ilə bağlı redaksiyamıza qalmaqallı xəbər daxil olub.
Həmin xəbərdə deyilir ki, Sumqayltda abadlıq işlərinin görülmsi üçün öz cibindən 1 milyon 100 min manat xərcləyib, əvəzində 30 min manat dəyərində vəsaiti mənimsəməkdə ittiham olunan Müqayis Verdiyev Zakir Fərəcovla Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov arasındakı münasibətlərin kəskin pisləşməsinin qurbanı olub. AzToday.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, iki icra başçısı arasında torpaq davasından sonra Zakir Fərəcov Müqayis Verdiyevin Xaləddin İskəndərovla qohum olduğunu öyrənib. Bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı iş adamının onun yanına qəsdən yerləşdiyini düşünərək, onu zərərsizləşdirmək qərarına gəlib.
Yeri gəlmişkən qeyd edək ki, bir qədər əvvəl iki icra hakimiyyətinin əməkdaşları arasında Sumqayıtın Novxanı çimərliyi istiqamətindəki girişinə “Sumqayıt” sözü yazılan lövhə quraşdırması üstündə dava olmuşdu. Hər iki tərəfdən polislərin qatıldığı davada Binəqədi İcra Hakimiyyəti başçısının birinci müavini Qəzənfər Süleymanov saxlanıraq, Sumqayıt Polis İdarəsinə aparılmışdı. Həmin dava Zakir Fərəcovun Xaləddin İskəndərov üzərində qələbəsi ilə nəticələnmişdi. Belə ki, rəsmiyyətdə Binəqədi rayonun ərazisi olan Novxanı, Fatmeyi və Goradil kəndlərinin 3500 hektar yeri Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına keçirilmişdi.
Bütün bunlara baxmayaraq Zakir Fərəcov Müqayıs Verdiyevi də Xaləddin İskəndərova görə məhv etməyə start verib. Məlumatlı mənbənin sözlərinə görə, Zakir Fərəcov icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müduri Fəzail Hüseynov və həmin şöbənin aparıcı mühəndisi Adil Xudadatovu bu məqsədlə "qabağa" verib. Və İş adamının həbs edlilməsi üçün elementar bir ssenari əsasında həyata keçirilib. Belə ki, bi qədər əvvəl AzToday.az-ın yazdığı kimi Müqayis Verdiyev fəhlələrin pullatınl verməməkdə və işçilərin etiraz aksiyası keçirməsi adı altında sıradan çıxarılır.
Halbuki redaksiyamıza daxil olan Sumqayıt şəhərindı görülmüş tikinti vı abadlıq işləri ilə bağlı sənədlər Zakir Fərəcəov başda olmaqla onun işçilərinin necə böyük bir cinayətə yol verdiyini göstərir. Qeyd edək ki, sənədlərdən məlum olur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Müqayis Verdiyevə Sumqayıt şəhəri Dənizkənarı Bulvarın tikintisi və Sumqayıt şəhəri girişinin tikintisi adı altında 3 milyon 600 min manat vəsait verilib. İş adamı Müqayis Verdiyev bu işlərin görülməsi üçün öz vəsaitlərindən də 1 milyon 100 min manat xərcləyib. Maliyyə sənədlərindən görünür ki, Müqayis Verdiyev 4 milyon 700 min manat vəsaitin hamısını işçilərə və və tikinti materiallarına xərcləyib. Həmin işçilərinı və tikinti materialları gətirən şəxslərin adları sənədlərdə əksini tapıb.
Maraqlıdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müduri Fəzail Hüseynov və həmin şöbənin aparıcı mühəndisi Adil Xudadatov Zakir Fərəcovun etimadından istifadə edərək iş adamlarına kələk gəlib. Məsələn, Fəzail Hüseynovun Müqayis Verdiyevin hesabına xaricdə istirahət etməsi və İlham adlı iş adamının hesabına isə Mərdəkanda dünyada tayı-bərabəri olmayan malikanəsinin həyətində 70 min manatlıq iş gördürüb, pulunu verməməsi bunları göstərir.
Sumqayıtda icra hakimiyyəti tərəfində iş adamlarının başına gətirilənlərlə bağlı növbəti yazılarımızda daha detallı məlumat verməyə çalışacağıq.
MilliYol.Az
Digər xəbərlər
loading...