“Boz kardinal” azərbaycanlı milyarderə qarşı: “Nazir də bunun güdazına getdi”
Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin "Rosneft” şirkətindən 2 milyon dollar rüşvət alarkən həbs olunması ətrafında müxtəlif fərziyyələr müzakirə olunmaqdadır. Lakin ekspertlərin əksəriyyəti hesab edir ki, nazirə "torbanı” Rusiyanın ən qüdrətli adamlarından olan və Kremlin "boz kardinal”ı sayılan "Rosneft” prezidenti İqor Seçin "tikib”. O, Federal Təhlükəsizlik Xidmətinin əliylə naziri həbs etdirib. Hərçənd İstintaq Komitəsi Ulyukayevin rüşvət tələb etdiyinə və pulu alarkan yaxalandığına dair təkzibedilməz dəlillərə malik olduğunu, yaxın günlərdə videokadrları yayacağını bildirir.
Ətraflı
Ətraflı