Milli Məclisdə yeni təyinat

“Televiziya və radiolarda Azərbaycan dili normaları pozulur” - MTRŞ

“Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu gün istər çap mediası, istər elektron media Azərbaycan dilinin inkişafına mühüm təsir göstərməkdədir. Xüsusilə müasir dövrdə TV və radiolar ədəbi dilə, onun cilalanmasında vacib rol oynayır. Lakin çox təəssüf ki, bir sıra hallarda TV və radiolarda Azərbaycan dilinin normaları, qayda və qanunlarının pozulması, xarici dillərin təsiri altına düşmə hallarına rast gəlinməkdədir”
Ətraflı

Mətbuatımızın siması olmuş qəzetlər: onlar indi yoxdur (SİYAHI)

Əsası “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuat Gününün 142-ci ildönümünü qeyd edirik. Bu tarixin 25 ili müstəqil Azərbaycan mediasının səhifələri təşkil edir. Bu illər ərzində parlayıb sönən çox qəzet oldu. Bu qəzetlər bu gün çıxmasalar da adları yaddaşda qalıb. Son 25 il ərzində Azərbaycanda populyarlıq qazanan, lakin müxtəlif səbəblərdən bağlanmaq məcburiyyətində qalan qəzetləri yada salmaq istədik. Yaxın keçmişdə ölkə mediasının simasına çevrilmiş həmin qəzetlər hazırda Ədliyyə Nazirliyinin reyestrində olsa da, dərc olunmur, qapanıb. Və bir daha çıxacaqlarına da güman yoxdur. Lakin bu qəzetlərin yetişdirdiyi jurnalist imzaları ölkədə peşəkar media ənənələrinin formalaşmasında öz töhfələrini verib.
Ətraflı

Tramp Ağ Evdə yaraşıqlı jurnalistə kompliment dedi, qalmaqal yarandı

ABŞ-da xanım jurnalist Katrina Perri president Donald Trampın mətbuat üçün brifinqində olarkən, bəlkə də gözləmirdi ki, bu hadisə iş yerində seksizm barədə debatlara təkan verəcək.RTE şirkətinin Vashington müxbiri ABŞ prezidenti və İrlandiyanın hökumət başçısı Taoiseach Leo Varadkar arasında diplomatik telefon danışığını işıqlandırmaq üçün Oval kabinetdə olub
Ətraflı