Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 31-də ölkəmizdə səfərdə olan ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnardı qəbul edib
MilliYol.Az DİN-ə istinadən xəbər verir ki, görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran nazir iki dövlət arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yaradılmasında Milli Lider Heydər Əliyevin müstəsna xidmətlərini və onun 1997-ci ilin yayında ikitərəfli münasibətlərin zirvəsi hesab olunan ABŞ-a rəsmi səfərini məmnunluqla xatırladıb.
Ulu Öndərin ölkəmizin dünyaya inteqrasiyasının, bölgədə lider dövlətə çevrilməsinin, müstəqil siyasət yeritməsinin əsasını qoymuş kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birləşmiş Ştatlarla bütün sahələrdə əlaqələrin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Daha sonra müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi hadisələr, Ermənistanın təcavüzünün doğurduğu ağır nəticələr, vətəndaş müharibəsi təhlükəsi, kriminogen durumun nəzarətdən çıxması, Ulu Öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyətdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və hüquqi-demokratik islahatlar barədə qonağa məlumat verilib. Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.
Səmimi qəbula və ətraflı məlumata görə daxili işlər nazirinə minnətdarlıq edən cənab Cavan Mesnard Azərbaycanda ilk dəfə olduğunu, səfəri çərçivəsində Bakı və regionlar ilə tanışlığının, ölkəmizin ecazkar təbiətinin, sürətli iqtisadi inkişafının, hər yerdə insanların dostluq və qonaqpərvərlik nümayiş etdirməsinin onda dərin təəssüratlar yaratdığını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...