XİN 2 yaşlı Zəhranın işğalçı ordu tərəfindən öldürülməsinin ildönümü ilə bağlı bəyanat yayıb

"2017-ci ilin iyulun 4-də Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verib. Bu faciəvi hadisənin ildönümü günü mərhumların ailələrinə, qızcığaz Quliyeva Zəhranın valideynlərinə dərin hüznlə baş sağlığı veririk"
Ətraflı

XİN: “Daxili Qoşunların Dağlıq Qarabağda yerləşdirilməsi...”

"Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumat verilir. Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib"
Ətraflı

Minskdə Qarabağı müzakirə etdilər

Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb
Ətraflı