"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişməyib"
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə bildirib.
Erməni jurnalistin "Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodinin Bakıda keçirdiyi görüşdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe sərgiləməsi ilə bağlı bəyanatı Ermənistanın münaqişənin həllində qeyri-konstruktiv mövqe tutması anlamına gəlirmi" sualına cavabında Rusiya XİN sözçüsü Rusiyanın bu münaqişənin həllinə baza yanaşmasının dəyişməz olduğunu söyləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...