Milli Məclisdə yeni təyinat

“Müsəlman ümməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“Bu il Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Sizi və qardaş Azərbaycan xalqını bu mühüm tarixi ildönümü ilə əlaqədar təbrik etmək bizim hamımız üçün olduqca sevindiricidir. Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bizim müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq əlaqələrinin inkişafına təkan vermək məqsədilə Zati-alinizin yenilməz qətiyyətinizi əks etdirən belə görüşlər ənənənə halı alıb. Bu müqəddəs ayda müsəlmanlar sülh, həmrəylik şəraitində bir araya gəlməklə İslamın şərəfli dəyərləri olan ruh və fikrin qidalanmasına çağırış edilir və bu ay bizi birliyə, mənəvi rahatlığa, yüksəlişə və xeyirxahlığa doğru aparır. Bununla da imkansızlara kömək etmək, qardaş olduğumuza və paylaşdığımız taledən agah olduğumuza görə bir-birimizi bağışlamaq və qəbul etmək üçün hamımızın daxilində olan xüsusiyyəti alovlandırır”
Ətraflı

Bu ilin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq

“Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Qeyd etdiyim kimi, yüzə yaxın köçkün şəhərciyi salınıb. Bu məqsədlərə dövlət milyardlarla manat vəsait ayırıb. Qeyd etdiyim kimi, hər il minlərlə ailə evlərlə təmin olunur. Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq. Bu il onlardan təqribən 20 mini yeni evlərə köçəcək”
Ətraflı

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib
Ətraflı

“Bəsdir xalqı istismar elədin!”

ABŞ prezidenti Donald Tramp Venesuelada keçirilən və prezident Nikolas Maduronun növbəti qələbəsi ilə nəticələnən (rəsmi məlumatlara əsasən) seçkilərdən sonra bu ölkənin hakimiyyətini ölkədə “azad və ədalətli seçkilər” keçirməyə çağırıb
Ətraflı