Ölkənin tək-tük demokratik yolla seçilən merlərindən Yevgeni Royzman vəzifəsindən getdi; rejim seçki anlayışını qəbul etmək istəmir
Rusiyanın Yekaterinburq şəhərini meri Yevgeni Royzman tutduğu vəzifədən istefa edib.
“O, Rusiyada Putin rejiminə qarşı etiraz hərəkatının hakimiyyətdə təmsil olunan sonuncu nümayəndəsi sayılırdı”, - Avstriyanın “Der Standart” qəzetinin siyasi icmalçısı Andre Ballen yazır.
Müəllifin yazdığına görə, Y.Royzman Yekaterinburq şəhərinin meri vəzifəsindən gedəcəyini Şəhər Dumasında elan edib. Bundan daha öncə şəhərin mənsub olduğu Sverdlovsk Vilayət Duması mer vəzifəsinə birbaşa seçkiləri ortadan qaldırıb. Royzman məhz bu qərara etiraz edərək istefa verdiyini təsdiqləyib.
Royzmanın sözlərinə əsasən, yeni qanun şəhər əhalisinin mənafelərinə ziddir. O, Yekaterinburq sakinlərinin aldadıldığını bəyan edib.
“Royzman 2011-ci ildə seçkilərin saxtalaşdırılmasına etiraz dalğasının nəticəsində seçilmişdi. Rusiyalı müxalifətçi bunda öncə Yekaterinburqda və digər şəhərlərdə narkotiklərə qaşrı sərt mübarizəsi ilə tanınırdı. 2003-cü ildə o, birmandatlı dairədən Dövlət Dumasına seçilməyi bacarmışdı. Kreml isə 2007-ci ildə birmandatlı dairələrdəki seçkiləri ləğv etdi”, - məqalədə yazılıb.
Yazıda Yevgeni Royzmanın 2012-ci ildəki prezident seçkilərində nisbətən liberal olduğu zənn edilən iş adamı Mixail Proxorovu dəstəklədiyi vurğulanır.
Həmin dövrdə Rusiyanın bir çox diyarında 2004-cü ildə ləğv edilən qubernator seçkilərinin yenidən bərpa olunması nəticəsində müxalif namizədlər Yaroslavl, Novosibirsk, Petrozavodsk, Tolyatti və Yekaterinburq kimi şəhərlərdə qalib gələ bilmişdilər.
Andre Ballen həmin vaxtlarda hökm sürən eyforiyadan indi əsər qalmadığını yazır: “Yaroslavlın meri Yevgeni Urlaşov şübhəli bir korrupsiya işinə görə vəzifəsindən getməli olub. Yaroslavl Dumasının deputatı Boris Nemtsov öldürülüb, Tolyatti və Petrozavodskda isə seçkilər səssiz səmirsiz ləğv edilib”.
“Royzman onların taleyini yaşamamaq üçün gücü çatdığı qədər müqavimət göstərdi. Vilayət qanunvericiləri isə guya büdcəyə qənaət edilməsi məqsədilə seçkilərin keçirilməsinin məqsədəuyğun olmadığını bildirirlər. Görünən odur ki, Rusiyada seçkilər deyilən anlayış ümumiyyətlə məhv edilir”, - müəllif qeyd edib
MilliYol.Az
Digər xəbərlər
loading...