İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Zaur Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının qərarına əsasən Z.Eynalov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin (DTX) yaydığı məlumata əsasən, DTX tərəfindən aparılan antiterror tədbirləri zamanı 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlardan Zaur Eynalovun cinayət işi ayrıca icraata verilib.
Digər xəbərlər
loading...