1 həftə əvvəl Göyçay Sanitar Təmizlik İdarəsində baş nəzarətçi vəzifəsindən istefa verən Əliyev Əhliman Loğman oğlu həm müdiri, həm də atası olan Loğman Əliyevin qanunsuz əməlləri barədə dövlət orqanlarına müraciət edib
Ətraflı
ABŞ prezidenti Donald Trampın keçid komandasının üzvü və daha sonra cəmi 22 gün onun milli təhlükəsizlik müşaviri işləmiş kəşfiyyat generalı Maykl Flinnin adı bu dəfə türkiyəli biznesmenlə evli olan azərbaycanlı seksual modellə hallanır. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Mother Jones” jurnalının araşdırmasında deyilir.
Ətraflı
Belə görünür ki, Azərbaycan Beynəlxalq Bankı işinin “əks-sədası” hələ uzun müddət ölkəmizi qarabaqara izləyəcək, xüsusilə nəzərə alsaq ki, qalmaqalların sırasına getdikcə daha çox xarici dövlət və əcnəbi vətəndaşlar qatılmaqdadır. Son nümunə - İsrail vətəndaşı Aleksandr Qorenşteyn virtualaz.org-un redaksiyasına və Dövlət Gömrük Komitəsinə müraciət edib. Məsələyə artıq İsrail Dövlətinin Azərbaycandakı səfirliyi də qarışıb.
Ətraflı
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi "Bakılifttəmir" İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri ilə maraqlanıb. MilliYol.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Ətraflı
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir Ətraflı
Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Musavat.com-un əldə etdiyi məlumata əsasən, idarə içərisində olduqca əzazil və işçilərinin haqqını kəsən adam kimi tanınan Qüdrət Şükürovun dəbdəbəli həyatının mənbəyi onun büdcədən mənimsədiyi, milyonlarla ölçülən vəsaitdən gəlir.
Ətraflı
“Bu gün müxtəlif sahələrdə qanun pozuntularının olması, müxtəlif maliyyə pozuntularının əmələ gəlməsi nəticəsində büdcəyə kifaət qədər ziyan dəyir” Ətraflı
Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyev bu gün Vesti.FM-in canlı efirində Bakıya səfəri və prezident İlham Əliyevlə iki saatlıq görüşündən danışıb Ətraflı
Azərbaycan təhsilində rüşvət sindromu sağalmaz xəstəliyə çevrilməkdədir. Keçən ayın əvvəli qeyd edilən 8 mart bayramı ilə bağlı nazir Mikayıl Cabbarovun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, valideynlərdən rüşvətlərin açıq şəkildə yığılması da göstərdi ki, aparılan islahatlar, sərtləşən cəzalar, ictimaiyyət tərəfindən edilən etirazlar bu sahədə şəffaflığın artırılmasına təkan ola bilmir Ətraflı
Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Bizim Market” ətrafında yaranan qalmaqal və ələ keçirildiyi iddia edilən milionlarla bağlı araşdırma davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Adları çəkilən şəxslər qohumdurlar. Rasim Əliyev sahib Quliyevin xalasının ərdir.
Ətraflı