“Mən Azərbaycan iqtisadiyyatında nə bu il, nə gələn il problem görmürəm. Xüsusən də ölkənin valyuta ehtiyatlarının artdığı bir vaxtda”
Bu sözləri prezident İlham Əliyev Respublika Günü münasibətilə “Buta” sarayında keçirilən rəsmi qəbuldakı nitqində bildirib.
Prezident deyib ki, Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilməkdədir. İlham Əliyev TAP kəmərinin tikintisinə mane olmaq üçün törədilən təxribatlardan da danışıb. Bildirib ki, bu təxribatların məqsədi Azərbaycan qazının Avropaya çıxarılmasına mane olmaqdır.
Prezidentin sözlərinə görə, bu məqsədlə müəyyən qüvvələr böyük pullar buraxırlar, ekoloji qruplar adı altında adamlar hazırlayırlar, məqsəd isə bu layihənin həyata keçirilməsinə mane olmaq, yaxud əngəlləməkdir. “Bu təxribatların arxasında böyük pullar və siyasi məqsədlər dayanıb”. (virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...