Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

“Abonentlərin 78 faizi sayğacla təmin olunub”

“Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min km-dən çox magistral və paylayıcı su, 3500 km-dən artıq kanalizasiya xətləri çəkilib, 308 ədəd artezian və subartezian quyusu qazılıb”
Ətraflı

“Son 6 ayda 618 məhkum həbsdən azad edilib” - Əli Hüseynli

“Azərbaycan prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamının icrası ilə əlaqədar dekriminallaşdırma və cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib”
Ətraflı

“Neft bahalaşıb, hökumət gələn gəlirlərin bir hissəsini bu istiqamətə yönəldə bilər”

“2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib”. Strateq.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O, qeyd edib ki, bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir. “İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalara vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılandır”-deyə V.Bayramov vurğulayıb
Ətraflı