“Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min km-dən çox magistral və paylayıcı su, 3500 km-dən artıq kanalizasiya xətləri çəkilib, 308 ədəd artezian və subartezian quyusu qazılıb”
AzVision.az xəbər verir ki, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov "Azəraycan" qəzetində dərc olunan məqaləsində bildirib.
“Azərsu” ASC-nin sədri qeyd edib ki, ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 630 min nəfər olan 520 kənddə də içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.
"Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub. Həmin kəndlərdə 530 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1400-dən artıq bulaq quraşdırılıb. Bununla da 271 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub. İstehlakçılara göstərilən xidmətin uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi məqsədilə su sayğaclarının quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. “Azərsu” ASC-nin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb. Hazırda abonentlərin 78 faizi sayğacla təmin olunub" -deyə Q.Hüseynov vurğulayıb.
Digər xəbərlər
loading...