Milli Məclisdə yeni təyinat

Nəvənin maşın kolleksiyası: “Niva”dan tutmuş “Bentley”ə qədər

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun 23 yaşlı nəvəsi Nail Allahverdiyevin ötən həftə törətdiyi dəhşətli avtoqəzadan sonra məmurlar və onların ailə üzvləri mövzusu yenidən bir nömrəli ictimai müzakirə mövzusuna çevrilib. Çünki bu, adi, ehtiyatsızlıqdan törədilmiş avtomobil qəzası deyildi və yüksək vəzifəli məmurun orta məktəb skamyasının arxasından duran kimi sürətlə milyonçuya çevrilən, çoxsaylı superkarlardan ibarət kolleksiyaya malik olan ailə üzvünün başgicəlləndirici sərvətin təsiri ilə harınlamasından doğan hadisə idi
Ətraflı

Mətbuatımızın siması olmuş qəzetlər: onlar indi yoxdur (SİYAHI)

Əsası “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuat Gününün 142-ci ildönümünü qeyd edirik. Bu tarixin 25 ili müstəqil Azərbaycan mediasının səhifələri təşkil edir. Bu illər ərzində parlayıb sönən çox qəzet oldu. Bu qəzetlər bu gün çıxmasalar da adları yaddaşda qalıb. Son 25 il ərzində Azərbaycanda populyarlıq qazanan, lakin müxtəlif səbəblərdən bağlanmaq məcburiyyətində qalan qəzetləri yada salmaq istədik. Yaxın keçmişdə ölkə mediasının simasına çevrilmiş həmin qəzetlər hazırda Ədliyyə Nazirliyinin reyestrində olsa da, dərc olunmur, qapanıb. Və bir daha çıxacaqlarına da güman yoxdur. Lakin bu qəzetlərin yetişdirdiyi jurnalist imzaları ölkədə peşəkar media ənənələrinin formalaşmasında öz töhfələrini verib.
Ətraflı

Kürdəmir: Qanunla qanunsuzluğun calağı

Kürdəmir rayonunda Şor-Şor adlı kənd var. O qədər də böyük və varlı olmayan bu kənd əsas avtomobil və dəmir yolundan uzaqdadır. Daha imkanlı kəndlərdəki üçmərtəbəli villalarla müqayisə edilə bilməyəcək bayağı evlər, rayon üzrə qonşularının əlçatmaz hündür daş hasarlarından fərqli köhnə qamış çəpərlər onun sakinlərinin sadə həyatından xəbər verir. Kəndə aparan kələ-kötür yolun kənarındakı üfunət qoxan atılmış su hövzələri isə çoxdan iylənmiş lili ilə kasıblıq və ehtiyac təəssüratlarını daha da gücləndirir.
Ətraflı