Azərbaycan Respublikasının Prezident Administrasiyasında edilən struktur dəyişikliyi nəticəsində bəzi məmurlar tutduqları vəzifələrini itiriblər.
MilliYol.Az modern.az-a istinadən xəbər verir ki, yeni strukturda yer almayanlardan biri də İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovdur.
Mail Rəhimov uzun illərdir Administrasiyada işləyirdi. O, hələ eks-prezident Ayaz Mütəllibov dövründə Prezident Administrasiyasında vəzifəyə gəlib. M.Rəhimov Administrasiyada dörd prezidentlə işləyən məmurlardan idi.
Elçibəy hakimiyyəti dövründə (12.05.1992 - 06.05.1993) Mail Rəhimov Prezidentin İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinə müdirlik edib.
Daha sonra Heydər Əliyevin komandasında təmsil olunan Mail Rəhimov 28.12.1993 - 27.06.1996-cı illərdə Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsində böyük məsləhətçi vəzifəsini tutub. 27.06.1996-cı ildən isə Prezident Administrasiyasında İqtisadi siyasət məsələləri şöbəsinin müdiriydi.
2016-cı ildə Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsi ləğv olundu.
Həmin vaxt struktur islahatlarından sonra İqtisadi siyasət məsələləri şöbəsi Prezidenti Administrasiyasının şöbələri sırasından çıxarıldı.
Onun yerində Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsi yaradıldı.
Bu şöbəyə Mail Rəhimov müdir təyin olundu. Sonuncu – dünənki struktur islahatın nəticəsində isə Prezident Administrasiyasındakı ən stajlı şöbə müdiri Mail Rəhimov vəzifəsini itirdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...