Alxanlıda mülki vətəndaşlarımızın evlərinin bombalanması, nənə ilə 18 aylıq körpə Zəhranın ölümü, daha bir mülki şəxsin yaralanması hamını sarsıtdı. Ermənilər bununla bir daha iç üzlərini, mənfur xislətlərini ortaya qoydular.
Düşmənin vəhşiliyi mediada geniş şəkildə işıqlandırıldı, dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar hadisəyə münasibət bildirdilər. Bəs bunu dünya ictimaiyyətinin diqqətinə nə qədər çatdıra bildik? Təbliğat işini təşkil edən səfirlik və diaspor təşkilatlarımızın fəaliyyəti hansı səviyyədə oldu?
Məsələni "Qaynarinfo"ya şərh edən millət vəkili Fərəc Quliyev hadisənin dünya ictimaiyyətinə çatdırılmasında təşkilatlarımızın işini müsbət qiymətləndirib, lakin dünyaya car çəkməyin heç nəyi dəyişməyəcəyini, problemin yalnız müharibə yolu ilə həll edilə biləcəyini bildirib:
"Mənə elə gəlir ki, səfirliklərimiz də, diaspor təşkilatlarımız da bu məsələdə çox normal işləyib. Ümumiyyətlə diasporanın son illərdəki inkişaf tempi çox yaxşıdır. Bu dinamika ermənilərin diaspor təşkilatlarının inkişafından qat-qat üstündür. Məsələ burasındadır ki, bizim səfirliyin və diasporanın dünyaya car çəkməsi heç nəyi dəyişməyəcək. Çünki hər şeydən xəbərdar olan dünya hələ də susur. Bunlar Xocalıda yüzlərlə körpəni qanına qəltan edən bir millətdir, oyuncaq bombaları suya buraxaraq uşaqlarımızı öldürən məxluqdurlar. Məsələ köklü şəkildə həll olunmalıdır. Yeganə çıxış yolu Ermənistanı Azərbaycan torpaqlarından güc yolu ilə uzaqlaşdırmaqdır. Ermənistan Silahlı Qüvvələrinin hər bir üzvünə, hər bir erməni əsgərinə bildirməliyik ki, burada yalnız məzar şəklində qala bilərlər və Qarabağda onlar üçün ikinci bir vətən düzəldilməyəcək. Dünyaya da kifayət qədər vaxt verildi. Ötən ilin aprelində problemin həlli üçün bizdən vaxt istədilər, amma yerinə yetirmədilər. Bizi qələbənin bir addımlığında dayandırdılar. Mənə elə gəlir ki, dünyaya axırıncı çağırışı edib, birmənalı şəkildə hərbi yolla problemi həll etmək lazımdır. Dünya susqunluğunu davam etdirəcək, çünki hər birinin öz mənafeyi var. Təcavüzkar bir dövlətlə bizi bərabər tutur, eyni səviyyədə münasibətlər qurmağa çalışırlar. Ona görə düşünürəm ki, təbliğatın hansı formada aparılmasından aslı olmayaraq onların mövqeyi dəyişməyəcək. Sadəcə bu, bizim gələcəkdə atacağımız addımlar üçün dəstək ola bilər. Yenə də qeyd edirəm ki, məsələnin yeganə yolu hərbi yoludur".
Millət vəkili həmçinin Rusiyanın bu məsələdəki rolundan, erməni əsilli Rusiya vətəndaşlarının ölkəyə buraxılmamasına sərt reaksiyasından da danışıb:
"Rusiya bilərəkdən bu məsələlərdə tamamilə ifrata varan təxribatçılıqla məşğuldur. Erməni əsilli vətəndaşlarını Azərbaycana göndərir, sonra da Rusiya vətəndaşlarının qəbul edilməməsi kimi bir iddia ilə çıxış etməyə çalışır. Bilirlər ki, Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir, bu müharibəni yaradan özüdür və buna görə ermənilərdən maşa kimi istifadə edir. Azərbaycanda hər hansısa bir destruktiv bir vəziyyət, bir anlaşılmazlıq, qarşıdurma yaranması üçün belə bir addımı atırlar. Rusiya öz vətəndaşlarına sahib çıxdığını göstərmək istəyirsə, buyursun. Bizim millətimizin nümayəndələri olan Dilqəm Əsgərov və Şahbaz Quliyev əsirlikdədir, öz ərazimizdə girov götürülüblər. Onlar burada doğulsalar da, Rusiya vətəndaşıdırlar. Bəs onlar üçün niyə səsini çıxarmır, bir söz demir? Amma Lapşinlə bağlı az qala aləmi bir-birinə qatmışdı. Hələ Lapşinin bir neçə ölkə vətəndaşlığı var. Bundan sonra erməni əsilli istənilən dövlətin vətəndaşını müharibə tam qurtarana qədər ölkəyə buraxmaq lazım deyil".
Fərəc Quliyev ölkədəki iqtisadi çətinliklərdən də söz açıb və aparılan işlərin payıza qədər öz nəticəsini verəcəyinə inandığını bildirib:
"İqtisadi problemlər bir anda aradan qaldırılacaq məsələlər deyil. Təbii ki, görülməli müxtəlif işlər var ki, görülmür. Mən bunu parlamentin iclaslarında da dəfələrlə demişəm. Amma son vaxtlar qeyri-neft sektorunda, aqrar sektorda inkişaf var və artımın olması sevindirici haldır. Bəzi idxal məhsulları yerli istehsal hesabına qapadılır. Bunlar sabitləşmə tədbirləridir və hesab edirəm ki, payıza qədər nəticələr olacaq. Prezidentin tərtib etdiyi yol xəritəsi çox normal strateji yol xəritəsidir və bir çox nazirliklər, məmurlar bu məsələdə tənbəllik etməsələr vəziyyətdən normal şəkildə çıxmaq mümkündür".
MilliYol.Az
Digər xəbərlər
loading...