Qız uşaqlarının sayı niyə azalır?

“BMT-nın Əhali Fondu (UNFPA-Azerbaijan) 50 il sonra Azərbaycanda qız uşaqlarının kəskin azalacağını, bunun da demoqrafik mənada kritik vəziyyət yaradacağını proqnoz verir. Hazırda Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada Çindən sonra 2-ci yeri tutur. Belə ki, 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb. Bioloji normaya görə100 qıza 105-107 oğlan düşməlidir. Hazırda bu nisbət 100-112-dir. Oğlan uşaqlarına üstünlüyün verilməsi, qız uşaqlarının selektiv abort yolu ilə yox edilməsi davam edərsə, gələcəkdə cins nisbəti balansına mənfi təsirini göstərəcək”
Ətraflı

Mini-oliqarx Şükürov və Bakıda lift qəzaları

Bakının Nəsimi rayonunda binada liftin qırılması nəticəsində 4 nəfər ağır xəsarət alıb. Hadisə Abdulvahab Salamzadə küçəsi, 9 ünvanında baş verib. 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb, nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Vaqif Poladov, 1996-ci il təvəllüdlü Təbriz Məmmədov, 1982-ci il təvəllüdlü Fərid Məmmədov və Seymur Əliyev müxtəlif dərəcəli sınıq xəsarətləri alıb
Ətraflı