“BMT-nın Əhali Fondu (UNFPA-Azerbaijan) 50 il sonra Azərbaycanda qız uşaqlarının kəskin azalacağını, bunun da demoqrafik mənada kritik vəziyyət yaradacağını proqnoz verir. Hazırda Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada Çindən sonra 2-ci yeri tutur. Belə ki, 2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb. Bioloji normaya görə100 qıza 105-107 oğlan düşməlidir. Hazırda bu nisbət 100-112-dir. Oğlan uşaqlarına üstünlüyün verilməsi, qız uşaqlarının selektiv abort yolu ilə yox edilməsi davam edərsə, gələcəkdə cins nisbəti balansına mənfi təsirini göstərəcək”
“Qafqazinfo” xəbər verir ki, bu barədə fikirləri BMT-ninn Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında deyib.
F. Babayev qeyd edib ki, mövcud vəziyyətlə bağlı aparılan son araşdırmalardan məlum oldu ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər. Kişilərin sayının həddən artıq çoxalması, onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması hallarında ümumi krimonogen durumun daha da ağırlaşması, qız-gəlin qaçırma, erkən nikah, insan alveri və sair mənfi hadisələrə səbəb ola bilər.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə deyib ki, son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti bərabərləşib. “Doğulanların cins nisbətinin pozulamasında təbii amillər deyil, təəssüflər olsun ki, bu proses məhz süni sürətdə baş verir”.
Sədaqət Qəhrəmanova bildirib ki, problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərin geniş şəkildə aparılması, səhiyyə xidmətlərinin inkişafı vacibdir: "Xüsusi ilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə bağlı (ailə planlanması, arzu edilməyən hamiləlikdən qorunmaq, süni mayalanma və s.) maarifləndirmə kampaniyalarının keçirləməsi zəruridir".
Sədr müavini qeyd edib ki, son illər uşaqlar arasında cins nisbətinin balanslaşdırılması üzrə aparılan tədbirlər öz müsbət nəticəsini verməkdədir.
Tədbirdə çıxış edən Niderland Krallığının səfiri Onno Kervers qeyd edib ki, Azərbaycan üçün vacib və aktual olan layihəyə maddi və mənəvi dəstək verdikləri üçün şaddırlar. Səfir vurğulayıb ki, bir ölkə üçün gender bərabərliyinin qorunması, cins ayrıseçkiliyinin aradan qaldırılması şərtdir, hansı cinsəsə üstünlüyün verilməsi isə insan haqlarının pozulması hesab olunur.
Daha sonra “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” pilot layihəsi çərçivəsində ayrı-ayrı bölgələrdə aparılan təlim və tədbirlərlə bağlı, eləcə də media üçün bu mövzuda keçirilmiş təlimlərin nəticələri, dini icmalarla əməkdaşlıqla bağlı tədqimatlar olub. Çəkilən və maraq doğuran “Atalar və qızları” adlı video çarxlar konfrans iştirakçıları üçün nümayiş olunub.
Digər xəbərlər
loading...