“Məndən az qala əmlakın dəyərində haqq tələb edirlər" – Reyestr Xidməti ilə bağlı Prezidentə şikayət

“Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda REKETLİK edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir…”
Ətraflı

Prezident pambıqçılığın inkişafından narazıdır: biganəlik, yoxsa səriştəsiz kadrlar...

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda Prezident İlham Əliyev bildirdi ki, pambıqçılıq sahəsində 2017-ci ilin məhsuldarlığı bizi heç cür qane edə bilməz, bunun bir çox səbəbləri var və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, pambıqçılıqda məhsuldarlıq artsın və sahə inkişaf etsin
Ətraflı

Məmurlara qarşı yeni mexanizm hazırlanır

Azərbaycanın yüksək vəzifəli məmurları işdən çıxarılandan sonra korrupsiya və rüşvət yolu ilə əldə etdikləri dəyəri milyonlarla hesablanan daşınar və daşınmaz əmlakları, ölkədə və ölkə xaricindəki biznesləri ilə bağlı faktlar ictimailəşdirilir. Amma həmin məmurların əksəriyyəti vəzifədə olduqları zaman büdcə oğurluğu hesabına qurduqları “iqtisadi imperiya”ları bu qədər qabarıq şəkildə ortaya çıxmır
Ətraflı

“Dərman mafiyası”nın əsas siması haqda şok məlumatlar...

Azərbaycana uzun illər ərzində saxta dərmanlar gətirib satdıran və bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ifşa olunan şəbəkənin əsas fiqurantlarından biri – “Epid Biomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu Səhiyyə Nazirliyinin rəhbərləyinə çox yaxın şəxslərdən biridir
Ətraflı