Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğda tədarükü elan edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL-Babatürk” MMC, “Pak-Nur” firması, “Xırman” MMC, “Rəşad” firması,”Səma”FF firması, “Avropa” firması, “Sarı sünbül” firması, “Azəri-Arapoğlu” US, T.Ltd BM və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 7-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 manat olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək
Ətraflı

Buraxılış imtahanlarının vaxtı açıqlanıb

DİM-dən APA-ya verilən məlumata görə, ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi 2018‑ ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək
Ətraflı

"Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Ətraflı

Aqrar sektorda “fitosanitar” korrupsiyası: - Camal Quliyev İnam Kərimovu inandıra biləcəkmi?

Son prezident seçkilərindən sonra ciddi kadr dəyişikliyi aparılan sahələrdən biri də aqrar sektorla bağlı oldu. Bildirək ki, son dövrdə ölkə rəhbərliyinin bu istiqamətə xüsusi önəm verməsi Heydər Əsədovla bu yolun gedilməyəcəyini qətiləşdirirdi. Prezident tərəfindən Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunan İnam Kərimova sələfindən sadalamaqla qurtarmayan problemlər qalıb. Ölkənin əsas strateji sahəsini korrupsiya bataqlığına çevirən, kəndlini problemlərlə üz-üzə qoyan, “aqrar faciələrimizin” memarlarından olan məmurların əksəriyyəti hələ də iş başındadır. Bu günlərdə yeni nazirin mediaya ilk aşıqlaması da maraq doğurur
Ətraflı

IX şagirdləri üçün keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb –DİM

Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan, Naxçıvan, martın 11-də isə Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib
Ətraflı