Xocavənd rayon Musiqi Məktəbinin direktoru Həsrət Məmmədov Beyləqan rayonunda "bazar" açıb.
Əslində bazar deyəndə əkəsriyyət meyvə-tərəvəz və digər məhsulların satıldığı ticarət obyektini nəzərdə tutduğumuzu deyəcək. Lakin söhbət Həsrət Məmmədovun Beyləqan şəhərində "musiqi bazarı" açmasından gedir.
Rayondan MilliYol.Az-a verilən məlumata görə, uzun müddətdir Beyləqan şəhərində yerləşən Xocavənd Musiqi Məktəbi hansısa qaranlıq səbəblərdən Xocavənd rayonuna köçmür. Halbuki Xocavənd Musiqi Məktəbi üçün lazımı şəraitlər yaradılıb.
Saytımıza göndərilən məlumatda iddia edilir ki, Həsrət Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədovla əlbir olaraq Beyləqan rayonunda Xocavənd Uşaq Musiqi Məktəbinə qanunsuz şagird qəbulu həyata keçirir. Məktəbə qəbul edilən şagirdlərin əksəriyyəti isə Beyləqan rayon sakinləridir. Məlumatda vurğulanır ki, Həsrət Məmmədovun Beyləqandan olan şagirdləri Musiqi Məktəbinə qəbul etdirməsinin səbəbi Elman Məmmədovla birlikdə maliyyə maxinasiyaları həyata keçirərək dövlət vəsaitlərini mənimsəməklə bağlıdır. Xocavənd rayonunda dəm-dəsgahlı bir məktəbə sahib olan Uşaq Musiqi Məktəbinin Beyləqan şəhərində fəaliyyət göstərməsi və uşaq qəbulu həyata keçirtməsi isə şikayətçilərin maliyyyə maxinasiyası ilə bağlı irəli sürdükləri ittihamların doğruluğundan xəbər verir.
Xocavənd Musiqi Məktəbi
Şikayətçilər bildirirlər ki, Xocavənd Musiqi Məktəbində 33 müəllim işləməsinə baxmayaraq, bu müəllimlərin əksəriyyətinin adı sadəcə kağız üzərindədir və Həsrət Məmmədov hər ay adı olub özü, olmayan müəllimlərə yazılan əmək haqqlarını şəxsi məqsədləri üçün istifadə edir.
Bununla yanaşı, Həsrət Məmmədovun Beyləqan sakinlərini məktəbə qəbul etməklə Xocavənd Musiqi Məktəbində sənəd üzərində çalışan müəllimlərin dərs saatlarını şişirtdiyi də deyilir. Məktəb direktorunun bu işdə əsas şəriki isə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov olduğu deyilir.
Direktorla idarə rəisinin digər bir "maxinasiya ocağı" isə Bakı şəhərində fəaliyyət göstərən Tuğ kənd uşaq Musiqi Məktəbinin olduğu deyilir. Kəndin əhalisinin 80 faizi hazırda Xocavənd rayonunda salınan Tuğ qəsəbəsində məskunlaşmasına baxmayaraq, Uşaq Musiqi Məktəbi Bakı şəhərində fəaliyyət göstərir. Musiqi məktəbinin paytaxtda fəaliyyət göstərməsinin əsl səbəbini isə heç rayon icra başçısı Eyvaz Hüseynov da isah edə bilmir. Adı çəkilən məktəbdə 35 müəllim, 113 şagird olduğu deyilir.
Tuğ Musiqi Məktəbi
Məlumata görə Həsrət Məmmədovla Elman Məmmədovun pul silmə obyektlərindən biri məhz bu məktəbdir.
Bu məktəbdə çoxlu sayda adı olub özü olmayan müəllim və şagirdlərin mövcud olduğu idda edilir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...