Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri vəzifəsinə təyin edilib.

MilliYol.az xəbər verir ki, yeni təyin olunan sədr 1984-cü ildə anadan olub.

Səbuhi Sadıqov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr təhsilini fərqlənmə ilə başa vurub.

O, 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) ixtisas dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayan Sadıqov 2007-2018-ci illərdə beynəlxalq audit və konsaltinq şirkəti “Ernst & Young”da müxtəlif vəzifələrdə çalışıb. O, burada baş menecer vəzifəsinədək yüksəlib.

2018-2021-ci illərdə PMD şirkətlər qrupunun Audit departamentinin direktoru vəzifəsini tutub. Həmin dövrdə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri kimi də fəaliyyət göstərib.

Prezidentin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilən Səbuhi Sadıqov son təyinatadək bu vəzifədə çalışıb.

Qeyd edək ki, Səbuhi Sadıqov ailəlidir, iki övladı var.