Zakir Fərəcov baş mühasibini dəyişdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsindən azad olunub.

MilliYol.az Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İcra hakimiyyətinin İnzibati işlər sektorunun müdiri – baş mühasib Zöhrə Ağayeva vəzifəsindən azad edilib.

Başçının digər əmrilə Kəmalə İsmayılova həmin sektora yeni müsahib təyin olunub.