“Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva “Facebook”da yazdığı və böyük qalmaqala səbəb olan ““Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı
Həm təmiz, həm də rahat metro olardı” sözlərinin düzgün şərh edilmədiyini bildirib və buna görə üzr istəyib.
Musavat.com bildirir ki, L.Babayeva yazıb: “Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...