Əfqan Sadıqov həbs edildi

Ziya Məmmədovun ayırdığı pullar kimin cibinə gedir?

Millimizin üzvlərinə hədə-qorxu gəlirlər


Azərbaycanın kişilərdən ibarət voleybol üzrə yığma komandasının problemləri davam edir. Kişi voleybolçulara rəhbərlik tərəfindən hədə-qorxu gəlinib. 

Ziya Məmmədovun rəhbəri olduğu federasiyadakı problemlərin mətbuata çıxarılması rəhbərliyin acığına gəlib.

Hətta voleybolçu kşşilər Elşən İsmayılovdan da şikayətçidirlər. Bu komanda E.İsmayılova tapşırılıb. O da voleybolçular üçün ayrılan pulların çoxunu mənimsəyir. Hətta idmançılar forma problemi də yaşayırlar.

Məsələ ilə bağlı kişilərdən ibarət milli komandanın meneceri Şahbuz Aydəmirovla əlaqə saxlamağa çalışdıq. Ş.Aydəmirov yarımsaat sonra problemlə bağlı məlumat alıb xəbər verəcəyini dedi. Ancaq komandanın meneceri suallara cavab verməkdən boyun qaçırdı. Nə qədər cəhd etsək də, Şahbuz Aydəmirov zənglərimizə cavab vermədi.

Azərbaycanın kişilərdən ibarət milli komandasının üzvü Elmin Alişanov isə açıqlamasında bunları dedi: “Şahbuz Aydəmirov da onların adamıdır. Bizim qabağımızı kəsməyə çalışırlar”. (hurriyyet.org)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ziya Məmmədovun ayırdığı pullar kimin cibinə gedir? - Milliyol.az