Əfqan Sadıqov həbs edildi

Zaqatalada leysan yağışlar dağda uçquna səbəb olub



Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gecə yağan intensiv leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindəki dağlıq ərazidə qaya və daş parçaları uçaraq ərazidən keçən Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.

Yolun bağlanması səbəbindən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvə saat 10 radələrində yolda qaya və daş parçalarını təmizləndikdən sonra gediş-gəliş bərpa edilib.
 
MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Zaqatalada leysan yağışlar dağda uçquna səbəb olub - Milliyol.az