Əfqan Sadıqov həbs edildi

Zaqatalada asılmış vəziyyətdə kişi meyiti tapılıb

Zaqatala rayonunda intihar hadisəsi baş verib

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospektindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində ağacdan asılmış vəziyyətdə 50-55 yaş civarında kişi meyiti tapılıb.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Zaqatalada asılmış vəziyyətdə kişi meyiti tapılıb - Milliyol.az