Əfqan Sadıqov həbs edildi

Zakir Qaralov 1 şəhərin və 5 rayonun sakinləri ilə görüşəcək

Baş prokuror Zakir Qaralov Mingəçevir şəhər, Ağdaş, Yevlax, Bərdə, Zərdab və Ucar rayon sakinləri ilə görüş keçirəcək

Baş Prokuroruğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baş prokuror Zakir Qaralov oktyabrın 26-da saat 10.00-da Ağdaş rayon prokurorluğunun inzibati binasında qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Zakir Qaralov 1 şəhərin və 5 rayonun sakinləri ilə görüşəcək - Milliyol.az