Zakir Həsənov Ərdoğanla görüşüb


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib

APA-nın "Yeni Şafak"a istinadən verdiyi xəbərə görə,  bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.

Qeyd edək ki, Z.Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. 


MilliYol.Az

Zakir Həsənov Ərdoğanla görüşüb - Milliyol.az