Əfqan Sadıqov həbs edildi

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018”in açılışında iştirak edib


Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib

Bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan hərbçiləri Bakıda keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində iştirak edirlər.

Bundan əlavə, Azərbaycan hərbçiləri İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.

Bu dövrdə xəbər yoxdur.

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018”in açılışında iştirak edib - Milliyol.az