Əfqan Sadıqov həbs edildi

Yoluxma statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2 044 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 787 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib. 8 167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 487, bu günə qədər isə ümumilikdə 6 572 316 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 33 853 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 948, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 800, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 28 376, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 729 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 051 721, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 302 581, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 788 753, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 752 545, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 207 842 nəfər təşkil edir.

Bu dövrdə xəbər yoxdur.

Yoluxma statistikası açıqlandı - Milliyol.az