Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhərinin Füzuli küçəsində qeydə alınıb.
Belə ki, 1936-cı il təvəllüdlü Baloğlan Alişan oğlu Həşimovu yolu keçmək istəyərkən avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.az































