Əfqan Sadıqov həbs edildi

Yerevanda kimsəsiz gənclər aclıq aksiyası keçirir

Yerevanda hökumət binası qarşısında etiraza qalxan internat evinin sakinləri aclıq aksiyasına başlayıblar

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, etirazçı gənclər dövlət tərəfindən onlara verilən mənzillərin başqa şəxslərə satıldığını bildiriblər. Onların dediyinə görə, indiyədək müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

“18 il uşaq evində yaşayıb, sonra hərbi xidmətə getmişik. Hərbi xidmətdən gələndən sonra çöldə qalmışıq. Qalmağa yerimiz yoxdur. Dəfələrlə müraciət etsək də, dövlət qurumları şikayətimizə baxmır”, - deyə Davit Amoyan adlı kimsəsiz gənc vurğulayıb.

Etirazçılar problem həll olunana kimi aclıq aksiyasını davam etdirəcəklərini bəyan ediblər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.