Yerevan küçələrinə tank və başqa zirehli texnikalar yeridilib


Ermənistan paytaxtı Yerevanın Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib, digər küçələr isə tikanlı məftillərlə bağlanıb

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, prospektə xüsusi təyinatlı polis dəstələri, döyüş maşınları, suvuran avtomobillər yerləşdirilib.

Hadisə yerinə 50-60 avtobus polis gətirilib.

MilliYol.Az
Yerevan küçələrinə tank və başqa zirehli texnikalar yeridilib - Milliyol.az