Yeni Terminator filmində Arnold Şvartseneggeri əvəz edəcək aktyorun adı açıqlanıb


Terminator haqqında çəkiləcək yeni filmdə Arnold Şvarseneggeri əvəz edəcək aktyorun adı açıqlanıb

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, aktyorun adını rejissor Tim Miller açıqlayıb. O, 35 yaşlı amerikalı aktyor Qabriel Luna olacaq.

Filmin çəkilişlərinə yayda başlanılacaq. Onun ssenarisi məxfiləşdirilib.