Əfqan Sadıqov həbs edildi

Yeni səfir bu gün Bakıya gələcək


Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlir

Bu barədə “Report” diplomatik mənbələrə istinadən xəbər verir.

M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Rusiya Prezidenti Vladimir Putin M.Boçarnikovu Azərbaycana səfir vəzifəsinə bu il mayın 29-da təyin edib. O, bu vəzifədə Vladimir Doroxini əvəzləyib.

Qeyd edək ki, 70 yaşlı M.Boçarnikov daha əvvəl Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstandakı səfiri olub. Səfir rus dilindən başqa, ingilis, fransız və amhar dillərində danışır. Diplomat evlidir və bir qızı var.

Bu dövrdə xəbər yoxdur.

Yeni səfir bu gün Bakıya gələcək - Milliyol.az