Əfqan Sadıqov həbs edildi

Yeni il günü Bakını həyəcana salan şəxs ruhi xəstəxanaya göndərildi


Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən 25 yaşlı Elmar Qasımovun məhkəmə davam edib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının hökmünə əsasən, Elmar Qasımov 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi xarakterli tibbi müayinə keçəcək.

Qeyd edək ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.

Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.(lent.az)

MilliYol.Az
Yeni il günü Bakını həyəcana salan şəxs ruhi xəstəxanaya göndərildi - Milliyol.az