Əfqan Sadıqov həbs edildi

Yeni amerikalı həmsədrdən Qarabağ bəyanatı

“Danışıqlara dəstək verməyə davam edəcəyik”

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsində nizamlanmanın əldə olunması üçün beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqların davam etdirilməsi üçün səylərini davam etdirəcək.

Minsk qrupunun həmsədrlərinin yanvarın 9-u verilmiş bəyanata sadiq qaldıqlarını bildirən Hoqland “Biz münaqişə tərəflərinin səylərimizin fayda verməsinə inanadək vasitəçilik fəaliyyətimizi davam etdirəcəyik”, - deyib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Yeni amerikalı həmsədrdən Qarabağ bəyanatı - Milliyol.az