Əfqan Sadıqov həbs edildi

“Yapı Kredi Bank Azərbaycan”ın rəhbəri işdən ayrılır


“Yapı Kredi Bank”ın baş icraçı direktoru Faik Açıkalın bankla yollarını ayırır

“APA-Economics” xəbər verir ki, bankir dekabrın 29-da tutduğu vəzifədən azad olunacaq. Buna səbəb onun təqaüd yaşına çatmasıdır. Bu vəzifəni müvəqqəti olaraq baş icraçı direktorun müavini  Nikkolo Umbertalliyə həvalı olunub.

Baş icraçı direktor vəzifəsinə Gökhan Erünün təyin olunacağı gözlənilir. Bu məsələyə 2018-ci ilin yanvarın 15-də keçiriləcək bankın İdarə Heyətinin iclasında baxılacaq.

Qeyd edək ki, F. Açıkalın “Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının sədridir. Beləliklə, o, avtomatik olaraq bu vəzifədən kənarlaşdırılacaq. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Yapı Kredi Bank Azərbaycan”ın rəhbəri işdən ayrılır - Milliyol.az