Əfqan Sadıqov həbs edildi

XİN-dən açıqlama: London teraktında azərbaycanlı olub?

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq qurumları ilə mütəmadi əlaqə saxlayır.

Bu haqda Trend-ə XİN-nin Mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır", - məlumatda deyilir.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

XİN-dən açıqlama: London teraktında azərbaycanlı olub? - Milliyol.az