Əfqan Sadıqov həbs edildi

Xəzərdə batan iki balıqçı xilas edilib


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Xəzərdə batan iki nəfər balıqçını xilas edib

Bu barədə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, iyunun 29-da, saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisitərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizəçıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib. Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar - Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.

Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib,


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Xəzərdə batan iki balıqçı xilas edilib - Milliyol.az