Əfqan Sadıqov həbs edildi

Xatun əlini çəkdi, amma şouda qaldı - "Maşın"da qanunsuzluq


Reper Elşad Xose “Maşın” şou ilə bağlı ittiham irəli sürüb

Axşam.az-ın məlumatına görə, Xose ilə müğənni Xatun arasında insident yaşanıb.

Reper səsverməyə çıxan Raufa dəstək olduğunu deyib. Xatun isə “Səhərdən hamımızı yıxıb-sürüyür. Rauf mənə tərbiyəsizlik edib, mən də ona nələrsə demişəm. Sənə də deyirdim” söyləyib.

İki sənətçi söz davasına çıxıb. Elşad Xatunu avtomobildən əlini çəkməkdə günahlandırıb:

“Sənin mənə nəsə deməyə duxun çatmaz. Sən əlini maşından çəkməyindən danış. Bütün internet sənin əlini götürməyindən danışır. Bunu diqqətli tamaşaçılar yaxşı bilir. Mən görməmişəm”.

Sənətçilərin canlı yayımda mikrofonu söndürülüb. Xatun “Operatorlar səndən yaxşı görür” cavabını verib. 

Aparıcı Murad Dadaşov "Xatun əlini maşından çəkib" sualını verərək, söhbəti ötüşdürməyə çalışıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Xatun əlini çəkdi, amma şouda qaldı - "Maşın"da qanunsuzluq - Milliyol.az