Əfqan Sadıqov həbs edildi

Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partladı

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.

Azərbaycan Müdafiə Nazirliyindən MilliYol.Az-a verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Bu dövrdə xəbər yoxdur.

Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partladı - Milliyol.az