Əfqan Sadıqov həbs edildi

Xalq artisti vəfat etdi (FOTO)

Azərbaycan xoreoqrafiya sənətinə ağır itki üz verib.

MilliYol.az xəbər verir ki, Xalq artisti Rəfiqə Axundova 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rəfiqə Axundova 7 avqust 1931-ci ildə Bakıda anadan olub. 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib (1951-52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951-71). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri idi. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləiyb.

Rəfiqə Axundova baletmeyster Maqsud Məmmədovun həyat yoldaşı idi.

Rəfiqə Axundova Azərbaycan SSR Əməkdar artisti (26 aprel 1958-ci il), Azərbaycan SSR Xalq artisti fəxri adlarına (21 may 1970-ci il), "Şərəf nişanı" ordeni (9 iyun 1959-cu il), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (6 avqust 2021-ci il) və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə (11 iyun 2002-ci il) layiq görülüb.

 

Bu dövrdə xəbər yoxdur.