Əfqan Sadıqov həbs edildi

Xaçmaz sakini həmkəndlisini bıçaqladı


Aprelin 21-də Xaçmaz rayon sakini Peyman Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib

​DİN-dən AzVision.az-a verilən xəbərə görə, P.Məmmədov ilkin izahatında xəsarəti yaşadığı Bostançı kəndindəki evinin həyətində dəmir parçasının üzərinə yıxılması nəticəsində aldığını bildirib. ​Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla P.Məmmədovla həmkəndlisi İlqar İbrahimov arasında münaqişə baş verdiyi, bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib. 

​Görülmüş tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.İbrahimov saxlanılıb. ​Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. ​Araşdırma aparılır.
Xaçmaz sakini həmkəndlisini bıçaqladı - Milliyol.az