Əfqan Sadıqov həbs edildi

"WhatsApp"ın qurucusu: "İstifadəçilərin məlumatlarını satdım"

"WhatsApp" sosial şəbəkəsinin yaradıcılarından olan Brayn Aktn sosial şəbəkəni "Facebook"a satmasından danışıb

IT mütəxəssisi şirkətlə birlikdə istifadəçilərin məlumatlarını satdığını bildirib:

"O gün şirkətlə birlikdə həm də istifadəçilərin məlumatlarını satdım, bu qərarın hər gün yaratdığı yüklə yaşayıram".

2009-cu ildə yaradılmış "WhatsApp"ın qurucularından olan Aktn 2014-cü ildə sosial şəbəkəni "Facebook"a 19 milyard dollar qarşılığında satıb.

Qeyd edək ki, bir müddət əvvəl "Facebook"un istifadəçi məlumatlarını "Cambridge Analytica" şirkətinə satması barədə informasiya yayılmış və bu, böyük səs-küyə səbəb olmuşdu. Brayn Aktn o dövrdə "#DeleteFacebook" ("Facebook"u sil) kampaniyasına dəstək vermişdi. (qaynarinfo.az)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

"WhatsApp"ın qurucusu: "İstifadəçilərin məlumatlarını satdım" - Milliyol.az